Murad Dadaşov Novruz bayramını tənqid etdi: "Keçəl, Kosa hardan çıxdı?"

Murad Dadaşov Novruz bayramını tənqid etdi:  "Keçəl, Kosa hardan çıxdı?"
3061 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xanımım və övladlarım üçün ən böyük hədiyyə bir günümü onlara həsr etməyimdir. Həmin günü bütün işimi kənara qoyub, onlara vaxt ayırıram. Telefonlarımı əlimdən alır, söndürürlər. 8 Mart bayramını da elə etməyə çalışdım”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Murad Dadaşov deyib. Şoumen xanımlar üçün olan bu bayramı qəbul etmədiyini bildirib:

“Düzü  8 Mart, Sevgililər gününü qəbul etmirəm. Əgər bir qadın bayramı gözləyirsə, demək, o diqqətsizliyə məruz qalıb. Kişi qadını sevirsə, ona hər gün xoş an yaşatsın. Azərbaycan kişiləri başqadır. Qadınlar onların nazı ilə oynayırlar. Dünyanın ən gözəl xanımları bizim ölkədədir. Namusumuz, qeyrətimiz, baş ucalığımız xanımlarımızdır. Biz çalışıb onlara hər zaman diqqət göstərməliyik”.

Qarşıdan gələn Novruz bayramından bəhs edən M.Dadaşov bu ənənələri bəyənmədiyini söyləyib:


“Mən çox istəyərdim ki, Novruz bayramı hər bir ailədə ümidlərlə bağlı olsun. Mənim üçün əsas əhval-ruhiyyədir. Bu sözlərimi bir çoxları mənfi qəbul edəcək. Bu adət-ənənələrə yəqin mənə düzgün çatdırmayıblar. Onlar ürəyimcə deyil. Bu Keçəl, Kosa kimdir, hardan çıxıb? Onlar nə personajdır və mənası nədir? Yumurta boyamaqdır, papaq atmaqdır nə mənanı verir? Mənim aləmimdə biz gərək Novruz bayramını müasir formada qeyd edək. Biz Bayraq gününü, Respublika günün necə qeyd edirik? Yeni qaydalarla keçiririk. Biz gənclər Novruzla bağlı yeni qaydalar təklif etməliyik. Bizim bəzi gənclərimiz, folklora bağlı olanlar mənim haqımda mənfi düşünəcəklər. Ya da çıxsın kimsə, adətləri mənə dərindən izah etsin. Keçəli və Kosanı müasirləşdirməliyik".

Foto: Ramin ASLANOV