ABŞ prezidentliyinə namizəd Donald Trampın növbəti dəfə baba olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, milyarderin qızı İvanka və həyat yoldaşı Cared Kuşnerin üçüncü övladı dünyaya gəlib. Yazıçı kimi də tanınan 34 yaşlı İvanka oğlu ilə yeni fotosunu sosial şəbəkədə paylaşıb.
Ailə körpəyə Teodor Ceyms adını verib.
Qeyd edək ki, cütlüyün bundan əvvəl iki dəfə (4 yaşlı Arabella və 2 yaşlı Jozef) valideyn olublar.

