Nəsibə Zeynalovanın 100 illik yubiley tədbirləri başladı
Mədəniyyət
15:56 / 14.04.16
Azərbaycanın xalq artisti, görkəmli sənətkar Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı Suraxanı rayon Heydər Əliyev Mərkəzində tədbir keçiriləcək.
Bu barədə Axşam.az-a tədbirin təşkilatçısı olan Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Mərasim aprelin 19-da baş tutacaq.
Tədbirdə xalq artisti İlham Namiq Kamal, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, əməkdar artist Ayan Mirqasımova və Nəsibə Zeynalovanın nəvəsi, Nəsibə Əskərova iştirak edəcək.