Musiqili Teatr Qlobal Foruma hazırdır

Musiqili Teatr Qlobal Foruma hazırdır
231 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrı BMT Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumuna yüksək səviyyədə hazırlaşıb, forum iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazimi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələləri həll edib.

Qurumun mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, forumun keçiriləcəyi günlərdə Musiqili Teatrda demək olar, hər gün iki tamaşa, ümumilikdə isə 12 tamaşa nümayiş olunacaq.

“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma yüksək səviyyədə hazırlaşmışıq. Dövlət Musiqili Teatrı həmin ərəfədə xüsusi repertuarla çıxış edəcək. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, Əbdürrəhim Bəy Haqverdiyevin “Kimdir müqəssir?” və başqa səhnə əsərləri ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlara təqdim ediləcək. Ümumiyyətlə, Dövlət Musiqili Teatrı artıq bir neçə ildir ki, ölkəmizin mötəbər qonaqlarını, xarici ölkə vətəndaşlarını, turistləri yüksək səviyyədə qarşılamaq təcrübəsinə malikdir”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.