Əməkdar artist xəstəxanaya yerləşdirilib
Mədəniyyət
10:30 / 19.04.16
Rusiyanın əməkdar artisti, estrada müğənnisi Stas Mixaylov xəstəxanaya yerləşdirilib.
Axşam.az "Report"a istinadən xəbər verir ki, Stavropoldakı Mədəniyyət sarayında konsert ərəfəsində sənətçinin səhhətində problem yaranıb. Onun qan təzyiqinin birdən-birə artdığı bildirilir.
Buna görə də iki dəfə təcili yardım çağırılıb. Sənətçinin səhhətində problem yaranması səbəbindən konsert təxirə salınıb.