Ən yaxşı ssenari yazana 3 min manat veriləcək - müsabiqə

Ən yaxşı ssenari yazana 3 min manat veriləcək - müsabiqə
1676 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı gənc və istedadlı ssenaristləri aşkara çıxarmaq məqsədilə "Yeni nəfəs-II" adlı qısametrajli ssenari müsabiqəsi elan edir.
 
İttifaqdan Axşam.az-a verilən məlumata görə, yaşı 35-dək olan hər bir şəxs 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda - bədii, sənədli və animasiya ssenarilərini tərcümeyi-hal ilə birgə, üç nüsxədə çap və elektron variantda 31 iyul 2016-cı il tarixinə kimi müsabiqəyə təqdim edə bilər. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:
 
Qran Pri - 3000 manat (ssenarinin ekranlaşdırılması nəzərdə tutulub)
Birinci yer -2000 manat
İkinci yer -1500 manat
Üçüncü yer -1000 manat
 
Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq.
 
Daha ətraflı məlumatı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (arki.az) saytından ala bilərsiniz.