Rusiyanın tanınmış rəssamı vəfat etdi
Mədəniyyət
20:58 / 19.04.16
Rusiya rəssamlıq məktəbinin tanınmış nümayəndəsi, rus avanqard cərəyanının klassiki Vladimir Nemuxin vəfat edib.
Axşam.az "Report"a istinadən xəbər verir ki, 90 yaşlı rəssam Moskvada dünyasını dəyişib. O, 1980-ci ildə Almaniyaya köçüb. 2005-ci ildən ömrünün son günlərinədək Moskvada yaşayıb.
V.Nemuxinin əsərləri Tretyakov qalereyasında və dünyanın ən tanınmış qalereyalarında qorunub saxlanılır.