Moskvada Şıxlınskinin kitabı çapdan çıxdı

Moskvada Şıxlınskinin kitabı çapdan çıxdı
543 dəfə oxunub
  • A-
  • A
  • A+
Moskvada, “OLMA Media Qrup” nəşriyyatında Əlağa Şıxlınskinin “Mənim xatirələrim” kitabı çapdan çıxıb.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Rusiya İmperator Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin sərkərdəsi, sovet dövlətinin hərbi xadimi, artilleriya generalı Əlağa Şıxlinskinin təqdimata ehtiyacı yoxdur. Özü də təkcə Vətəni Azərbaycanda yox. Nəşrin titul vərəqində deyilir: “Ötən əsrin əvvəllərində “artilleriyanın allahı” adlandırılan general Şıxlinskinin adı Rusiyanın sərhədlərindən çox-çox uzaqlarda şöhrət qazanmışdır. “Şıxlinski üçbucağı”, “Şıxlınski düsturu” yüksək qiymətləndirilirdi”.

1944-cü ildə nəşr olunan “Mənim xatirələrim” kitabının birinci nəşrinə Ə.Şıxlınski ilə birlikdə Port-Artur döyüşündə iştirak edən, Stalin mükafatı laureatı, hərb elmləri doktoru, professor Yevgeni Barsukovun yazdığı müqəddimə bu nəşrdə də təkrar verilib. 1985-ci ildə bu kitabın ikinci nəşri işıq üzü görüb. Kitab yeddi fəsildən ibarətdir:
 
“Ailə və məktəb”, “Zabit xidmətinin ilk on üç ili”, “Uzaq Şərqdə xidmət və Çin yürüşü”, “Rus-yapon müharibəsində iştirak”, “Yapon müharibəsindən Birinci Dünya müharibəsinədək”, “Azərbaycanda xidmət”.

Nəşrin elmi redaktoru fəlsəfə elmləri namizədi, Rusiya Federasiya Şurasının Dövlət Duması və Rusiya Hökumətinin məhkəmə-icra orqanları ilə əlaqələr üzrə şöbəsinin rəisi Sübhi Osman oğlu Şıxlinskidir. Kitab 1000 nüsxə tirajla nəşr edilib.