Həmin mahnını Zamiqin sevgilisi üçün oxuyubmuş – fotolar

Həmin mahnını Zamiqin sevgilisi üçün oxuyubmuş – fotolar
5757 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Röya Ayxan yaxın dostu müğənni Zamiq Hüseynovun sirrini açıb.

Axşam.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində bir müddət əvvəl oxuduğu Ayla Çelikin “Bağdad” mahnısını dostunun sevgilisinə həsr etdiyini bildirib:

“Zamiqlə studiyada oturmuşduq. Kefimiz yox idi. Bu mahnını oxumağı o məndən istədi. Əslində “Bağdad”ı Zamiqin sevgilisi üçün oxudum. Oxudum ki, sevgilisi ilə barışsın”.

R.Ayxan Zamiqin sirrini açıqlamasının səbəbini də deyib:

“Mənsiz Maldivə dincəlməyə gedib. Mən də onun acığını çıxdım”.

Hazırda Maldiv adasında dincələn Z.Hüseynov gəzintidən fotolarını İnstaqram səhifəsində paylaşıb.