Azərbaycanı beynəlxalq XVIII “Ural mono” festivalında təmsil edəcək iştirakçı məlum olub.
Axşam.az-a açıqlama verən müsabiqənin azərbaycanlı münsifi, müğənni Roza Zərgərli bildirib ki, ölkəmizi Nicat Rəhimov təmsil edəcək:
“Bu günə qədər dünyanın müxtəlif ölkələrində keçirilən müsabiqələrdə münsif olmuşam. Amma yarışmaya ilk dəfədir dəvət alıram. Həmin müsabiqədə dünyanın müxtəlif ölkələrinin iştirakçıları öz ifalarını təqdim edəcəklər. Bu il ölkəmizi Nicat Rəhimovun təmsil edəcəyi artıq dəqiqləşib. Onun ifasına, potensialına əminəm. Düşünürəm ki, Azərbaycana gözəl nəticə ilə qayıdacağıq”.
Qeyd edək ki, beynəlxalq XVIII “Ural mono” festivalında Azərbaycandan 2 alət ifaçıları, Mədinə Şaxqeldiyeva və Aygün Həsənova da iştirak edəcək.