Mehmet Özkaya azərbaycanlı bəstəkarın mahnısını oxudu
Mədəniyyət
13:44 / 16.05.16
969dəfə oxunub
A-
A
A+
Türk Sənət Musiqisinin ifaçısı, TRT İstanbul radiosunun solisti Mehmet Özkaya yeni əsərə imza atıb.
Axşam.az-ın məlumatına görə, "Gönlü Güvercinli" adlı əsərə klip də çəkdirən sənətçi yeni mahnılarından ibarət növbəti CD də çıxarıb. Klip qısa zamanda üç yüz min insan tərəfindən izlənilib.
Yeni albomda sözləri Xəyal Rzanın, musiqisi Nailə Mirməmmədlinin olan "Görüşmədən ayrıldıq" mahnısı da yer alıb. Bundan öncə isə Mehmet Özkaya eyni müəlliflərin birgə işi olan "Nə demişəm?" mahnısını səsləndirmişdi.
Qeyd edək ki, Mehmet Özkaya bir neçə dəfə Bakıda səfərdə də olub. O, müxtəlif vaxtlarda "The first" mükafatlandırma mərasimində və Şairlər Günündə iştirak edib.