Bakının 10 görməli yeri - Rusiya mediası

Bakının 10 görməli yeri -  Rusiya mediası
9970 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiya Turoperatorlar Assosiasiyası Azərbaycanla bağlı yazı hazırlayıblar.

Axşam.az-ın məlumatına görə, yazıda Bakının son dövrlərdə istirahət üçün ən çox seçilən yer olduğu vurğulanıb.

Bakıya səfər edənlər üçün tövsiyə məqsədilə paytaxtımızın 10 ən görməli yerinin adları açıqlanıb.

Onlar arasında Heydər Əliyev Mərkəzi, "Flame Towers",  Dağüstü park, Dənizkənarı Milli Park, "Baku Crystal Hall", Azərbaycan Dövlət Xalça Muzeyi, İçərişəhər, Qız qalası, İstiqlaliyyət küçəsi, Atəşgah kompleksi və Qobustan yer alıb.