Türkiyənin məşhur iş adamları, Aslı-Kaya Ersu cütlüyünün qızı Lara Ersu ərə gedib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Cem Özsüerlə ailə quran Laranın valideynləri və dostları toyda iştirak edib.
Gecəyə tanınmış iş adamları, dövlət və sənət adamları qatılıb. Ersu və Özsüer ailələri 400-ə yaxın qonağı qapıda qarşılayaraq onlarla tək-tək maraqlanıblar. Dəniz kənarında baş tutan mərasimdən sonra cütlük bal ayı üçün ABŞ-a gedib.