Rafiq Babayevin xatirəsi yad edildi - foto

Rafiq Babayevin xatirəsi yad edildi - foto
731 dəfə oxunub
  • A-
  • A
  • A+

Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbi Xalq Artisti, görkəmli cazmen Rafiq Babayevin 80 illik yubileyinə həsr olunmuş konsert təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a bildirilib ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Xalq Artisti, bəstəkar Arif Məlikov, musiqişünas Zemfira Qafarova R.Babayevin bənzərsiz yaradıcılığından və yüksək insani keyfiyyətlərindən söhbət açıblar.

Musiqi məktəbinin müəllim və şagirdləri R.Babayevin, habelə Q.Qarayev, V.Allahverdiyev, O.Kazimi, A.Məlikov, F.Ris, G.Miller və başqalarının əsərlərini səsləndiriblər.

Sonda Rafiq Babayevin ailəsi adından həyat yoldaşı Fəridə Babayeva tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.