Fatimə Amerikadan mükafatla qayıtdı - fotolar

Fatimə Amerikadan mükafatla qayıtdı -  fotolar
2573 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva Amerikadan qayıdıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, Amerikada konsert proqramında çıxış edib və mükafatlar qazanıb:

“Bu günə qədər dünyanın müxtəlif ölkələrində Azərbaycan milli rəqsini layiqli şəkildə təqdim etmişəm. Bunun üçün də hər zaman qürur duymuşam. Müxtəlif ölkələrdə olsam da, bu mənim Amerikaya ilk səfərim idi. Bizi çox gözəl qarşıladılar. Amerikada özümə yeni dostlar qazandım. Konsertə gəlincə isə hər şey çox gözəl və peşəkar şəkildə təşkil edilmişdi. Həmin konsertdə “Sarı gəlin”lə yanaşı, daha üç rəqsimi nümayiş etdirdim. Çıxışım alqışlarla qarşılandı və Novruz bayramında da Amerikada keçiriləcək tədbirə dəvət aldım. Mükafatlara layiq görüldüm. Bütün bunlara görə konsertin təşkilatçısı Frida xanıma təşəkkür edirəm.

Gecədə sənətçi dostum Rüfət Axundovun da möhtəşəm çıxışı oldu. Onunla birgə yola çıxmaq mənim üçün xoş idi. Vaxt az olsa da, Amerikanı gəzə bildik".