“Şekspir” pyesinin Avropa premyerası olub - fotolar

“Şekspir” pyesinin Avropa premyerası olub -  fotolar
329 dəfə oxunub
  • A-
  • A
  • A+

Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar mayın 9-dan 26-dək İtaliyanın Trani şəhərindəki “Castello Svevo di Trani” qalasında “Shakespeare in the Castle” (Şekspir Qalada) adlı festival keçirilir.

Axşam.az-ın məlumatına görə, festival çərçivəsində mayın 14-15-də yazıçı Elçinin “Şekspir” pyesinin italyan dilində Avropa premyerası olub. Tamaşa “L`Arte Del Teatro” tərəfindən təqdim edilib.

Azərbaycanın İtaliya Respublikasındakı səfirliyindən bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Patrizia Di Fulvio, festivalın rəhbəri tanınmış rejissor Cianpiero Borciadır. Pyesi italyan dilinə Marqerita Kristiana tərcümə edib.

Yazıçı-dramaturqun qızı Günay Əfəndiyeva tamaşa ilə bağlı fikirlərini bölüşərək bildirib ki, bu səhnə əsəri Azərbaycanın zəngin ədəbi irisinin dünyada tanıdılması istiqamətində atılan mühüm addımlardan biri sayıla bilər. Bu, eyni zamanda, İtaliyanın mədəniyyət aləmində əlamətdar hadisələrdən biri oldu. (AzərTac)