17 yaşlı Annelis van Overbik İnstaqramdakı paylaşımları ilə gündəmə gəlib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, məşhur aktrisa və obrazları təqlid edən fotolar çəkdirərək yayımlayıb. Gənc qız obrazları arasında üstünlüyü aktrisa Odri Hepbernə verib. O, əfsanəvi ulduzun bir neçə filmindəki qəhrəmanlarını "canlandırıb".
Annelisa bundan əlavə Kira Naytli, Vivyen Li, Şerilin Fenn, Keri Malliqan və bəzi animasiya qəhrəmanlarının da obrazına girib.