Sehri yeni kolleksiyasını təqdim etdi - fotolar

Sehri yeni kolleksiyasını təqdim etdi -  fotolar
3522 dəfə oxunub
  • A-
  • A
  • A+
Modelyer Sehri Rəhimova yeni kolleksiyasını “Baku Fashion Week”də nümayiş etdirib.

Axşam.az-ın məlumatına görə, modelyerin geyimləri maraqla qarşılanıb.

Təəssüratlarını bölüşən S.Rəhimova libasların müxtəlif tərzdə olduğunu bildirib:

“Bu mənim kolleksiyamı nümayiş etdirdiyim ilk tədbirdir. Mərasimin ad günümlə üst-üstə düşməsi mənim üçün əsl hədiyyə oldu. Yaradıcılığımdakı bu mərhələ çox önəmlidir. Ona görə də bu nümayişimi “Gold stage” adlandırmışam. Kolleksiyam fərqli libasları ilə seçilir. Burada retro, disko, boho, 20-ci illəri xatırladan tərzdə libaslar var. 2017-ci ildə dəbdə olacaq stretç, krujeva parçalardan istifadə etmişəm”.

Qeyd edək ki, S.Rəhimova "Yeni ulduz" müsabiqəsinin iştirakçısı olub.