Prezidentin ​ayırdığı 2 milyon manat 6 telekanal arasında bölündü

Prezidentin ​ayırdığı 2 milyon manat 6 telekanal arasında bölündü
1412 dəfə oxunub
  • A-
  • A
  • A+
Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Axşam.az-ın qurumun saytına istinadən məlumatına görə, iclasda "Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq teleradio yayımçılarına maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.

2016-cı il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılan 2  milyon manat vəsaitin ümumrespublika özəl televiziya yayımçılarına bərabər şəkildə ayrılması barədə qərar qəbul edilib. Bu vəsait ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər bölünəcək.