Əməkdar artist əməliyyatdan sonra - foto

Əməkdar artist əməliyyatdan sonra - foto
2304 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Tofiq Hüseynov xəstəxanadan evə buraxılıb.

Axşam.az-ın ölkə.az-a istinadən məlumatına görə, aktyor bir neçə gün öncə mədəsindən əməliyyat olunmuşdu. Gənc aktyor Elnar Qarayev əməkdar artistlə olan fotosunu paylaşıb və bu sözləri yazıb:

"Elə indi Tofiq müəllimi teatrda gördüm, çox sevindim. Allah can sağlığı versin".

Fotodan da aydın olur ki, T.Hüseynov son günlər ərzində xeyli çəki itirib.