Xalq artistlərinin yubileyi keçiriləcək

Xalq artistlərinin yubileyi keçiriləcək
760 dəfə oxunub
  • A-
  • A
  • A+

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq artistləri, Gənc Tamaşaçılar Teatrının aktyorları Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyləri münasibətilə tədbir keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Ağaxan Salmanlının 75, Yasin Qarayevin 70 yaşı tamam olur. 

Tədbirdə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, Teatr Muzeyinin direktoru Sevinc Mikayılova ilə yanaşı, teatrın aktyorları yubilyarlar haqqında fikirlər səsləndirəcək, xalq artistlərinin rol aldıqları tamaşalardan fotoşəkillər, videoçarxlar nümayiş etdiriləcək. 

Tədbir iyunun 24-də saat 15.00-da baş tutacaq.