Rəqsanənin qızı: "Heç bir oğlanı anamın bir dırnağına dəyişmərəm"
Dünya
14:03 / 21.01.13
7661dəfə oxunub
A-
A
A+
Müğənni Rəqsanənin qızı Aysun mətbuatda onun haqda yayılan xəbərlərə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, mediada yayılan xəbərlərdə müğənni Rəqsanənin qızını sevgilisindən gizlətmək məqsədi ilə Moskvaya aparması yazılıb.
“Ana-bala nəinki bayram hətta adi günlərdə belə bir-birimizə hədiyyələr alırıq. Bu, bir-birimizə olan sevgidən irəli gəlir. Heç bir oğlanı anamın bir dırnağına dəyişmərəm. Anam bizə hayandır. Taleyimizi, karyeramızı düşünür. Pisi-yaxşıdan ayırmağımıza yardımçıdır. Yuxarıda mahiyyəti ürəkaçmayan belə bir xəbər ailəmizdə xoş qarşılanmadı. Mənim ailə quran yaşım deyil. Karyeramı düşünürəm. Bu barəmdə qaranlıq düşünən insanlara bir sərt ismarıc olsun deyə” -deyə müğənninin qızı bildirib.