Musiqili Teatr mövsümə bu tamaşa ilə yekun vuracaq

Musiqili Teatr mövsümə bu tamaşa ilə yekun vuracaq
253 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrı 106-ci mövsümünə bu həftəsonu yekun vuracaq. 

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, bağlanış günü – 17 iyul saat 19.00-da Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq.

Xatırladaq ki, “O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın ən uğurlu tamaşalarından biridir. Tamaşada Məşədi İbad obrazını canladıran əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatına layiq görülüb.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimovadır. Səhnə əsərində rolları əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Əliməmməd Novruzov, Elçin İmanov, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları ifa edirlər.