Mövsümə “Solğun çiçəklər”lə başlayacaq
Mədəniyyət
11:47 / 12.07.16
Şuşa Dövlət Musiqili Dram Teatrı teatr mövsümünü “Solğun çiçəklər” tamaşası ilə bağlayacaq.
Axşam.az xəbər verir ki, tamaşa iyulun 12–də baş tutacaq.
Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasının quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı əməkdar artist Azad Məmmədovdur.
Rollarda – Rasəf Mehdiyev (Bəhram), Dürdanə Dünyamalıyeva (Sara), Xanirə İsgəndərova (Gülnisə), Vüsalə Məmmədzadə (Pəri), Zahid Mehdiyev (Əbdül) iştirak edəcək.