Azərbaycanın Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova İngiltərənin SOAS Universitetinə ustad dərsləri keçiblər.
Axşam.az xəbər verir ki, bu barədə məlumat tanınmış xanəndənin şəxsi “facebook” səhifəsində və SOAS Universitetinin rəsmi internet saytında verilib. Dünya şöhrətli muğam ustadının ustad dərsləri pulsuz təşkil edilib. Daha çox ingilisdilli auditoriya üçün nəzərdə tutulan ustad dərslərində tanınmış müğənnilərimizin ifasında Azərbaycan musiqiləri səslənib və milli musiqimizin incəliklərindən söhbət açılıb.
Qeyd edək ki, səfər çərçivəsində ustad sənətkar qızı ilə birgə Londonun “Wiqmore” konsert salonunda konsert proqramı ilə də çıxış edib. Konsertdə ənənəvi olaraq, bir sıra muğamlar, təsniflər və müxtəlif bəstəkar mahnıları səsləndirilib. Konsertdə xanəndələri Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət edib.
Səfər sabah bitəcək.