Türkiyədə 1970-ci illərin məşhur müğənnisi İşıl German dünyasını dəyişib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Biliyorum Sensin O", "Aşkın Kaderi", "Ağlıyorsam Sen Aldırma" kimi hit mahnılarının ifaçısı dünən infarkt keçirərək vəfat edib.
Qonşuları onun tənha yaşadığını və maddı sıxıntılar çəkdiyini deyiblər.
Qeyd edək ki, 1979-cu il "Eurovision" seçimlərinə qatılan müğənni daha sonra özünü aktrisa kimi də sınayıb.