Musiqili Teatr 106-cı mövsümü başa vurdu

Musiqili Teatr 106-cı mövsümü başa vurdu
199 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrı cari mövsümü iyulun 17-də başa vurub.

Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, bağlanış günü dahi Üzeyir Hacıbəylinin iki hissəli “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunub.

“Teatrımızın 106-cı mövsümü çox uğurlu və əlamətdar olub. Qazandığımız uğurlar, təşkil və ev sahibliyi etdiyimiz tədbirlər, keçirdiyimiz premyeralar, “ Multikulturalizm ili”, habelə “Sosial proqramlar” çərçivəsində səfərlərimiz, qastrollarımız haqqında mətbuatda kifayət qədər məlumat verilib. Artıq biz 107-ci mövsümə hazırlaşırıq. Nəzərdə tutduqlarımızı həyata keçirə bilsək, inanıram ki, daha böyük uğurlara imza atacağıq” deyə, teatrın direktoru Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasında rolları əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Nahidə Orucova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Ağaxan Şərifov, Aydan Həsənova, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov və başqaları ifa ediblər.