Tarzən Humay Qədimova: "İnsanlar məni müğənni kimi də sevəcək"

Tarzən Humay Qədimova: "İnsanlar məni müğənni kimi də sevəcək"
3630 dəfə oxunub
  • A-
  • A
  • A+

Tarzən Humay Qədimova bundan sonrakı fəaliyyətini həm də müğənni kimi davam etdirəcək.

Axşam.az-ın məlumatına görə, o, solo ifaya başlayır:

“Bir çox bəstəkarlardan mahnılar almışam. Elmira Rəhimova və Şəmsi Kərimov kimi müğənnilərin  repertuarından mahnıları yeni aranjımanda ifa edəcəyəm. Elmira Rəhimovanın “İntizar” mahnısına klip çəkdirəcəyəm. Hər kəs məni tarzən kimi tanıyır. İnanıram ki, müğənnilik fəaliyyətimlə də insanların rəğbətini qazanacağam”.

Humay həmçinin bildirib ki, oxumağa başlasa da tarı yerə qoymaq niyyəti yoxdur:

“Mahnılarda özüm-özümü  tarla müşayət edirəm. Yeni klipimin rejissoru Rüfət Nəzərov olacaq. İmicim isə tamamilə dəyişib. Buna görə də stilist Anar Ağakişiyevə təşəkkür edirəm”.

Foto: Bəhruz ƏLİZADƏ

Çəkiliş üçün "Music Gallery"yə təşəkkür edirik.

Ünvan: Bakı, Əziz Əliyev küçəsi 9
AZ 1005, Azərbaycan

Web: www.mgstore.az

Tel: (+994 12) 497 70 28 (daxili 146)

Faks: (+994 12) 497 70 28 (daxili 145)