Elza Seyidcahan “Retro Bakı” layihəsində

Elza Seyidcahan “Retro Bakı” layihəsində
1937 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertlərinə hazırlıq davam edir.

Axşam.az xəbər verir ki, bu həftə “Retro Bakı”nın qonaqları  əməkdar artist Elza Seyidcahan, muğənnilər İlqar Sahil, Leyla Ramazanlı, Səbinə İsmayılova, Cəmilə Rəhimova, Samir Cabbarov, Aysel Mayılova və “Azad” rəqs qrupu olacaqlar.

Konsertdə müğənnilərin ifasında bir-birindən fərqli mahnılar, rəqs qruplarının ifasında isə rəngarəng rəqs nömrələri gözləyir.

Konsert  30-31 iyul saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.