Bakıda keçiriləcək Avropa film festivalının tarixi açıqlanıb

Bakıda keçiriləcək Avropa film festivalının tarixi açıqlanıb
401 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda ənənəvi olaraq keçirilən Avropa film festivalının vaxtı açıqlanıb. 

Axşam.az-ın məlumatına görə, festival bu il noyabrın 3-də start götürəcək və 10 gün davam edəcək.

Noyabrın 3-dən 12-dək baş tutacaq festival iştirakçı ölkələrin və tamaşaçıların, eləcə də festivalda təmsil olunacaq filmlərin sayı baxımından daha irimiqyaslı hadisə olacaq. Tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında filmlərlə yanaşı, animasiya və sənədli işlər də təqdim olunacaq.

Sayca yeddinci dəfə keçiriləcək Avropa film festivalında Azərbaycan, Almaniya, Avstriya, Belçika, Çexiya, Estoniya, Finlandiya, Böyük Britaniya, Xorvatiya, Rumıniya, İtaliya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan və İsveçdə istehsal olunmuş filmlər nümayiş olunacaq. (Azərtac)