Bavariya vəliəhdi şahzadə Frans Albrext Ettinqen-Şpilberq və baronessa Kleopatra fon Adelshaym Ernest ailə qurublar.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Almaniyanın zadəgan ailələrinin iştirakı ilə keçən nikah mərasimi Müqəddəs İakov kilsəsində baş tutub.
Daha sonra isə qonaqlar gəlinin atasının qalasına toy məclisinə yollanıblar. Toyda 800-dən çox qonaq iştirak edib. Nağıllara bənzədilən toyda hər şey mükəmməl şəkildə təşkil edilib.