Gövhər Həsənzadə ilk dəfə qızı ilə - fotolar

Gövhər Həsənzadə ilk dəfə qızı ilə -  fotolar
6095 dəfə oxunub
  • A-
  • A
  • A+
“Qızımı heç vaxt özümlə tədbirlərə aparmıram. Birlikdə gəzməyə, amma media qarşısına çıxmırıq".

Bu sözləri Axşam.az-a açıqlamasında bəstəkar Gövhər Həsənzadə deyib.

Qızı Nilgündən danışan bəstəkar bildirib ki, onun fotolarının yayılmasına qarşıdır:

“İcazə vermirəm ki, qızımın şəkillərini çəksinlər. Bu dəfə bir ilk edəcəm. Şəxsi həyatla gündəmə gəlməyi sevmirəm. Bu məsələlərdə bir az utancağam.

Nilgün ikinci Gövhər olmayacaq, rəsmlə məşğuldur. Bu yolu özü seçib. Allah qoysa Azərbaycana xeyrli bir sənət adamı, memar, dizayner olar. Vətəninə anası qədər lazımlı olsun, qulluq eləsin, bu mənə bəsdir".

Foto: Ramin ASLANOV