Müğənni Elvin Abdullayev yeni fotosessiya etdirib.
Axşam.az-a açıqlama verən sənətçi yay istirahətindən danışıb:
“Yay boyunca ancaq yaradıcılıq işlərimlə məşğul oldum, “Sayqılar” mahnıma klip çəkdirib, təqdim etdim. Ondan sonra Abbas Bağırovun bəstələdiyi və sözlərini Arzu Yahyayevanın yazdığı “Darıxdım” mahnısını hazırladım.
Hazırda isə sözləri Tahir Məhərrəmliyə, musiqisi mənə aid olan lirik mahnı üzərində çalışıram. Uzun müddətdir belə bir gözəl mahnı oxumurdum. Bütün bunları təqdim etdikdən sonra Marmarisə istirahətə yollanacağam".
Fotolar Elgün Zamana məxsusdur.