Əməkdar artist beynəlxalq festivaldan 5 diplomla qayıdıb

Əməkdar artist beynəlxalq festivaldan 5 diplomla qayıdıb
732 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasının Yakutsk şəhərində “Olonxo torpağında UNESCO şedevrləri ilə görüş” adlı üçüncü beynəlxalq festival keçirilib.

Axşam.az-ın AzərTac-a istinadən məlumatına görə, VI beynəlxalq “Asiya uşaqları” idman oyunlarının mədəni proqramı çərçivəsində təşkil olunan festivalda ölkəmizi əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadə təmsil edib.

S.Paşazadə bildirib ki, festivala UNESCO-nun siyahılarında mirasları təmsil olunan ölkələrin mədəniyyət və incəsənət adamları qatılıb.

O, açılış mərasimində “Çahargah” muğamı ilə çıxış edib. Konsertdən sonra çoxsaylı izləyicilər ifaçıya yaxınlaşıb tar aləti ilə maraqlanıblar. Festival çərçivəsində o, Nataliya Bazalevoyun rəhbərlik etdiyi “Symphonica ARTica” orkestri ilə birlikdə “Qədim tarın sehri” adlı 2 saat yarımlıq geniş solo konsert proqramı ilə çıxış edib. Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Gənc musiqiçi uğurlu çıxışına görə Yakutiya Dövlət Televiziyasına dəvət edilib və Azərbaycan muğamı, musiqisi, tar aləti haqqında fikirlərini yerli tamaşaçılarla bölüşüb.