“Başımız işlərə qarışıb, dayanmadan çalışırıq. Hələ istirahətə vaxt ayıra bilmirik. Bu yaxınlarda isə Moskvadan qayıtdıq”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Sevil və Sevinc Səfərovalar deyib.
Əkizlər bildirib ki, yeni kliplərini Rusiyada lentə aldırıblar:
“Yavaş-yavaş Rusiya şou-biznesinə qatılırıq. "Böyük" danışmaq istəmirik, amma yavaş-yavaş heç nəyə nail olmaq olmur. Nə isə etmək istəyirsənsə, gərək birdən edəsən. Bu dəfə klipi tələsik çəkdirmişik. Mahnının Rusiya versiyasını hazırlaya bilmədik, günah özümüzdə oldu. Bakıdan köçməsək də, buradakı işlərimizi Moskvada edəcəyik.
Rusiyada ermənilər çoxdur. Ona görə də çalışdığımız insanları seçəndə çətinlik çəkdik. 30-a yaxın komanda ilə işlədik. Hamısının pasportunu bir-bir yoxlatdırmışıq ki, milliyətindən əmin olaq”.
Müğənnilər klipə çox pul xərclədiklərini açıqlayıblar:
“Məbləğ az deyil. Hətta Türkiyədəki qiymətlərdən də bahadır. Bizim müğənnilər gedir Türkiyədə klip çəkdirir, 20 min verirsə, deyir 50 min ödədim. Ona görə də biz qiyməti desək, müğənnilərin yalanı ortaya çıxacaq”.
İfaçılar rusiyalı müğənni Timati ilə duet oxumaq istədiklərini söyləyiblər:
“Nə vaxtsa, bu arzumuz da gerçəkləşəcək”.
Sevil və Sevinc müğənni Xəyyam Nisanovun İsraildən onlar üçün gətirdiyi hədiyyəni göstəriblər:
“Bu qolbağını bağlayıb niyyət tutmalısan. Xəyyam gətirib qolumuza bağladı. Dedim ki, “Xəyyam, bunu bağlamaqla səhv etdin. Elə bir arzu tutmuşam ki, reallaşsa, bütün müğənnilərin kitabı bağlandı”.
Foto: Ramin ASLANOV