Milli Kino Günü qeyd olundu - fotolar

Milli Kino Günü qeyd olundu -  fotolar
559 dəfə oxunub
  • A-
  • A
  • A+

Nizami Kino Mərkəzində 2 avqust Milli Kino Günü münasibətilə mərasim keçirilib.

Axşam.az xəbər verir ki, gecədə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirlər, təqdimatlar, festivallar, kino günləri, yubileylər, çəkiliş proseslərindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək kino tarixinə kiçik ekskursiya edib.

Daha sonra nazir müavini Prezident İlham Əliyevin cari il iyulun 29-da “Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında” imzaladığı Sərəncamı diqqətə çatdırıb və fəxri ada layiq görülənləri təbrik edib.

Sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir qrup kino xadiminə pul mükafatı verilib. Həmçinin

Gecədə Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsinin təqdimatı olub. 

Milli Kino Günündə dörd gənc rejissorun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı qısametrajlı filmlərdən ibarət “40-cı paraleldə” kinoalmanaxının təqdimatı olub.