Xalq artisti Səməd Səmədov ailəsi ilə birlikdə Türkiyəyə istirahətə yollanıb.
Axşam.az-ın məlumatına görə, müğənni bildirib ki, nəvələrini və xanımını da özü ilə aparıb:
“Hər il istirahətimi ya bağımda, ya da Azərbaycandan kənarda edirəm. Bu dəfə ailəmi də özümlə götürdüm. Xanımımla yanaşı, oğlum və qızımın ailəsi də bizimlədir. Hazırda dincəlir, bütün yorğunluğumu atmağa çalışıram.
Bakıya qayıdandan sonra işimin başına keçəcəyəm. Yeni mahnımı dinləyicilərin ixtiyarına verəcəyəm".