Türkiyəli aktyor Tuncər Salman Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, aktyor kinorejissor Namiq Ağayevin “Ol” adlı yeni filmində rol alacaq.
“RUN film” və “Turan film”in birgə istehsalı olan ekran əsərinin ssenari müəllifləri Namiq Ağayev və Fikrət Məmmədov, quruluşçu rəssamı İrandan dəvət olunmuş Rza Fəllahiandır.
Filmdə Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva və türk aktyoru rol alıb.
Film tragikomediya janrındadır. Ekran işinin premyerası Bakıda və İstanbulda baş tutacaq. Film, həmçinin festivallar üçün də nəzərdə tutulub.
Qeyd edək ki, Tuncər tamaşaçılara "Kördüğüm" və "Kurtlar vadisi pusu" seriallarından tanışdır.