"Tamaşaçı şoka düşəcək" - fotolar

"Tamaşaçı şoka düşəcək" -  fotolar
3380 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı, aktyor Şəhriyar Əbilov yenə geyimi ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, tədbirlərin birinə qatılan aparıcı sarı rəngli kostyum, qəhvəyi köynək geyinib.

“Gərək güzgüyə baxanda özünü yaraşıqlı görəsən. Ona görə də hər zaman səliqəli geyinirəm” deyə, Ş.Əbilov deyib.

Yeni rol aldığı “Kloun” filmindən danışan aktyor tamaşaçını təəccübləndirəcəyini iddia edib:

“Elə bir obraz oynamışam ki, hər kəsi təəccübləndirəcəyəm. Təqdimat payızda olacaq. Oktyabrı səbirsizliklə gözləyirəm. Təqdimatda partlayış olacaq, tamaşaçı şoka düşməlidir”.

Ş.Əbilov yeni mövsümdə efirə aparıcı kimi də qayıdacağını söyləyib.

Foto: Ramin ASLANOV