Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə də ənənəsinə sadiq qalaraq mövsümü maraqlı tamaşa ilə açacaq.
Axşam.az teatrın saytına istinadla xəbər verir ki, teatr sentyabrın 17-də “Adagio” tamaşasını təqdim edəcək.
Səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadə, rəqslərin quruluşu isə Elnur İsmayılova məxsusdur.
Tamaşada rolları teatrın aktyorları canlandıracaqlar.
Qeyd edək ki, səhnə əsərində müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur.
Həmçinin, tamaşada qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər qaldırılıb.