Yapon model Risa Hirakonun neçə yaşda olması sosial mediada müzakirəyə səbəb olub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox məşhur dəfilədə yer almış model 14 fevral 1971-ci ildə doğulub.
Cavan qalmasının səbəbini təbii qidalanması ilə əlaqələndirən 45 yaşlı Risa, kimyəvi tərkibli heç bir su içmədiyini deyib.
Mode ən sevdiyi məhsulların süd, badam yağı, bal və bananlı meyvə suyu olduğunu bildirib.