Tayvandda Azərbaycan günü - fotolar

Tayvandda Azərbaycan günü -  fotolar
560 dəfə oxunub
  • A-
  • A
  • A+

Tayvanda keçirilən Yi-lan beynəlxalq uşaq folkloru və folklor oyunu üzrə festival avqustun 15-dək davam edəcək.

Axşam.az-ın xəbərinə görə, iyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” folklor qrupunun üzvləri təmsil edir.

Festival çərçivəsində Azərbaycan günü keçirilib. Azərbaycanın xalq çalğı alətlərində - nağarada “Ritmlər”, həmçinin tarda “Şur”, kamançada “Mahur”, qarmonda “Segah”, klarnetdə “Çahargah”, pianoda “Bayatı-Şiraz” muğamları və “Aysel-Buta” rəqs qrupu tərəfindən “Yallı”, “Nəlbəki”, “Naz eləmə” rəqsləri ifa olunub.

Tamaşaçılarla birgə Azərbaycanın milli yaylıq atma oyunu keçirilib. Festivalda, həmçinin ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə rəqslərin və milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, avqustun 7-də festival çərçivəsində Azərbaycan mətbəxi günü keçiriləcək.