“Bir ara kökəlib 84 kiloqram olmuşdum. İndi çətinliklə arıqlayıram. 5 aya cəmi 8 kiloqram atıb, 76 kiloqram olmuşam”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni İlhamə Qasımova deyib.
İfaçı pəhrizini bölüşüb:
“Yağlı, qızardılmış yeməklər, şirniyyat qətiyyən yemirəm. Şirnini quru meyvələrlə əvəz edirəm. Qoyun ətindən istifadə etmirəm. Ancaq dana, quş əti və balıq yeyirəm. 5 ay ərzində bir dəfə də olsun yağ yeməmişəm”.
Bütün günü evdə oturduğunu deyən İ.Qasımova istirahətə hazırlaşır:
“Bu il ilk dəfə Bodruma gedəcəyəm. Heç vaxt orada olmamışam. Oksananın işlərinin bitməsini gözləyirəm. Yay girəndən heç yerə getmirəm. Bütün günü evdə otururam. İndi tədbirə qatıldım, ürəyim dayanır”.
Foto: Ramin ASLANOV