“Azərbaycanda dənizə gedib, çimməkdə kompleksim yoxdur. Fotolarımın çəkilməsindən qorxmuram”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Ceyhun Əliyev deyib.
İfaçı bildirib ki, şortikdə gəzməyi eyib bilmir:
“Kişinin şortikdə gəzməsi eyib deyil. Heç qadınlara da bunu ayıb hesab etmirəm. Sadəcə, bizdə mentalitet başqadır. Anamın, bacımın yanında utana-utana şortikdə gəzirəm. Evdə uzanıram, atam gələn kimi ayağa qalxıram”.
C.Əliyev paparassi çəkilişlərinə qarşı olmadığını bildirib:
“Bizdə paparassi inkişaf etməyib. Olsa da, elə düşünəcəklər ki, müğənni qəsdən düzüb-qoşub. Efirdə bizim paparassi görüntülərimiz yayımlansa, tamaşaçı qınayacaq. Yoxsa mən bu cür çəkilişlərə qarşı çıxmaram".
Müğənni son günlər xeyli kökəldiyini söyləyib. "Sizi saç rəngləyib, botoks etməkdə də qınayırlar" sözlərinə Ceyhun belə cavab verib:
"Son günlər 4 kiloqram çəki almışam. Ona görə də üzüm kök görünür. Botoks etdirməmişəm. Müğənniyəm, baxımlı olmalıyam. Kim nə deyirsə, fikir vermirəm".
Foto: Ramin ASLANOV