Azərbaycanlı ifaçı xanımı ilə Avstriyada - fotolar

Azərbaycanlı ifaçı xanımı ilə Avstriyada -  fotolar
6465 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı opera müğənnisi Yusif Eyvazov Avstriyanın Salzburq şəhərində səhnəyə çıxıb.

Axşam.az-ın məlumatına görə, ifaçı səhnəni xanımı, həmkarı Anna Netrebko ilə bölüşüb.

Təəssüratlarını bölüşən Y.Eyvazov onu tək qoymayan hər kəsə təşəkkür edib:

“Salzburq səhnəsindəki debütüm, həyatımın ən yaddaqalan çıxışı olacaq. Möhtəşəm gecə məni kövrəltdi. Zalda olan hər kəsə, sevimli xanımım Annaya, məni sevgiyə qərq edənlərə, həmkarlarıma təşəkkür edirəm”.

Y.Eyvazov və Anna Salzburq gəzintisindən fotolarını izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, Anna ilə Yusif dekabrın 29-da Vyanada ailə qurublar.