Rusiyalı yumor ustası Bakıya gəlir

Rusiyalı yumor ustası Bakıya gəlir
446 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 23-də Rusiyanın tanınmış yumor ustası Serqey Drobotenko Bakıda konsert proqramı ilə çıxış edəcək.

Axşam.az-ın məlumatına görə, opera studiyasında baş tutacaq konsertdə sevilən yumorist azərbaycanlı tamaşaçılara müxtəlif monoloqlarını təqdim edəcək.

Bakıda ilk dəfə 2014-cü ildə konsert proqramı ilə çıxış edən S.Drobotenkonun həmin il oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində yaradıcılıq gecəsi keçirilib.