“Romeo və Cülyetta” Bakıda

“Romeo və Cülyetta” Bakıda
915 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqustun 19-da Nizami Kino Mərkəzinin ekranında U.Şekspirin “Romeo və Cülyetta” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Axşam.az Nizami Kino Mərkəzinin saytına istinadla xəbər verir ki, tamaşa rejissor Kennet Brananın quruluşunda hazırlanıb.

Səhnə əsərində Romeo rolunu məşhur aktyor Riçard Madden, Cülyetta rolunu Lili Ceyms, Merkusio rolunu isə Derek Cekobi canlandırıb. Tamaşa Nizami Kino Mərkəzi və “British Consul”un birgə təşəbbüsü və təşkilatçılığı ilə hazırlanıb.

Qeyd edək ki, tamaşanın premyerası Böyük Britaniyada 1970-ci il yanvarın 1-də baş tutub.