Fransanın dünyaca məşhur Pyer de Treqomayn kvarteti Bakıda konsert proqramı ilə çıxış edəcək.
Axşam.az xəbər verir ki, oktyabrın 23-də “Landmark Rotunda”da keçiriləcək konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutacaq.
Konsertdə kvartet dünya caz musiqisindən müxtəlif nömrəli əsərlər təqdim edəcək.
Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq. (Azərtac)