Bakıda Yaponiyanın mədəniyyət günü keçiriləcək

Bakıda Yaponiyanın mədəniyyət günü keçiriləcək
314 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqustun 21-də Bakıda yapon.az saytının təşkilatçılığı ilə Yaponiyanın mədəniyyət günü keçiriləcək.

Axşam.az bildirir ki, “Made in Japan” adlı tədbir çərçivəsində yapon rəqsi, musiqiləri, səhnəciklər, yapon döyüş sənəti, oyunlar, yarışlar, oriqami, suşi və digər maraqlı əyləncəli oyunlar nümayiş ediləcək.

Tədbirin təşkil olunmasında məqsəd Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və onlara yapon mədəniyyəti haqqında daha çox məlumat verməkdən ibarətdir.

Qeyd edək ki, tədbirə giriş ödənişsizdir.