Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertlərinin qonaqları bəlli olub.
Axşam.az-ın məlumatına görə, avqustun 13-də və 14-də baş tutacaq tədbirdə müğənni Yaqut Babayeva və rəqqasə Fatimə Fətəliyeva çıxış edəcək.
Həmçinin konsertdə gənc müğənnilər Aygün Ağayeva, Mütəllim Mütəllimov, Ülkər Şahbazova, Mehman Tağıyev, Rüfət Xəlil, “İstedad” insrtumental ansamblı və “Azad” rəqs qrupu yer alacaq.
Bakı sakinlərini və qonaqlarını maraqlı musiqi proqramı və rəngarəng rəqslər gözləyir.